İnsanlara hürriyət, millətlərə istiqlal!

Çiyələyin qiyməti ucuzlaşmır - SƏBƏB

Son günlərdə bazarlarda meyvə-tərəvəz məhsullarının qiymətlərində nəzərə çarpacaq dərəcədə artım müşahidə olunur. Ölkədə yağan intensiv yağışlar kənd təsərrüfatı sahəsində də mənfi nəticələrə səbəb olub.

Milli.Az xəbər verir ki, xüsusilə çiyələk kimi mövsümi məhsulların dəyərinin bu qədər yüksək olması həm alıcıları, həm də satıcıları çətin vəziyyətdə qoyur. Əsas səbəblərdən biri kimi isə ölkədəki əlverişsiz hava şəraiti və kənd təsərrüfatında yaranan problemlər göstərilir. Qiymət artımı artıq insanların gündəlik xərclərinə birbaşa təsir etməyə başlayıb.

Xüsusilə daşqın və sel hadisələri açıq sahələrdə məhsul istehsalına ciddi ziyan vurub ki, bu da çiyələk kimi meyvələrin qiymətinin artmasına gətirib çıxarıb.

"Çiyələyin kilosu 8 manatdır. May ayında bu qiymət normal sayılırmı?" - deyə sakinlərdən biri narazılığını bildirib.

Satıcılar isə havalar isindikcə qiymətlərin daha da ucuzlaşacağını bildiriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

08 May 2025

BÜTÜN XƏBƏRLƏR