İnsanlara hürriyət, millətlərə istiqlal!

Bacı-qardaş vəhşicəsinə qətlə yetirildi - FOTO

Türkiyənin Sivas şəhərində iki bacı-qardaş evlərində bıçaqlanaraq öldürülüb, maskalı şübhəlinin tutulması üçün işlər davam edir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, binanın 12-ci mərtəbəsində yerləşən mənzilə gələn ana, övladları Umutcan (22) və Melisa Şimşeki (16) qan içində tapıb.

Hadisə barədə məlumat verildikdən sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Polis və səhiyyə qruplarının araşdırmasına əsasən, əlləri arxadan plastik qandal ilə bağlanan iki bacı-qardaşın boğaz nahiyələrinə bıçaqla vurulan zərbələr nəticəsində həyatlarını itirdikləri müəyyən edilib.

Bacı-qardaşın cənazəsi prokurorun hadisə yerində apardığı ilkin araşdırmadan sonra Cumhuriyyət Universiteti Sağlamlıq Xidmətləri Tətbiq və Araşdırma Xəstəxanasının morquna aparılıb.

Umutcan və milli xizəkçi olan Melisa Şimşekin meyitləri üzərində tibbi ekspertiza (autopsiya) işləri davam etdirilir.

Digər tərəfdən, ailənin ata Uğur Şimşek barəsində 2020-ci ilin iyul ayında itkin düşməsi ilə bağlı müraciət etdiyi məlum olub.

Təhlükəsizlik kamerası görüntülərini araşdıran polis əməkdaşları, maskalı, gün eynəkli və papaqlı bir şəxsin binaya daxil olduğunu və bir müddət sonra oranı tərk etdiyini müəyyən ediblər.

Polis əməkdaşları, cinayətin əsas şübhəlisi hesab edilən şəxsin yaxalanması üçün işlərini davam etdirirlər.

Öldürülən uşaqların atası Uğur Şimşekin əmisi Fevzi Şimşek (77) polisdən aldığı məlumata görə, evə maskalı, papaqlı, əlcəkli bir şəxsin gəldiyini bildirib və əlavə edib:

"Qız evdə tək imiş, qardaşı sonradan gəlib. Hücum edən şəxs hər ikisini də öldürüb. Biz belə eşitdik."

Fevzi Şimşek, uşaqların atasının təxminən 5 ildir ki, itkin olduğunu deyərək əlavə edib:

"Bu uşaqlar onun dərdini çəkirdi. Pul məsələsi, borc-alacaq məsələsi var imiş, ona görə qaçırdı. Həmin tarixdən sonra qohumları televiziyaya çıxdı. Polis şübhəlini axtarır, kameradan baxıblar. Kimin olduğunu bilmirik, şübhələndiyimiz biri yoxdur. Uşaqlar çox tərbiyəli idilər. Sakit, təmiz, anaları da sakit biri idi. Onlar haqqında pis bir söz deyə bilmərəm, heç bir pislikləri yox idi."

1278049_(3).jpg (27 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR