İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya İsraillə danışıqlar aparır - Əhməd əl-Şaraa

Suriya vəziyyəti sabitləşdirmək üçün İsraillə vasitəçilər vasitəsilə dialoq aparır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Suriya prezidenti Əhməd əl-Şaraa Parisdə Fransa prezidenti Emmanuel Makronla danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.

Onun çıxışını Əl-İxbariyyə telekanalı yayınlayıb: "Vəziyyəti sakitləşdirmək və onun nəzarətdən çıxmasının qarşısını almaq üçün vasitəçilər vasitəsilə İsraillə dolayı danışıqlar aparılır".

Qeyd edək ki, bundan əvvəl xariri KİV-lər İsraillə Suriya arasında BƏƏ-nin vasitəçiliyi ilə danışıqlar aparıldığına dair məlumat yaymışdılar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 May 2025

10 May 2025

BÜTÜN XƏBƏRLƏR