İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Ukraynada kimyəvi silahdan istifadə edən rusiyalılara qarşı sanksiya tətbiq edir

Avropa Komissiyası Ukraynada kimyəvi silahdan istifadə edən 10 Rusiya vətəndaşına, həmçinin “hibrid təhdidlərə” görə 15 şəxs və təşkilata qarşı yeni sanksiyaların tətbiqini təklif edib.

Musavat.com xəbər verir ki, məlumatı Reuters mənbələrə istinadən yayıb.

Məhdudiyyətlərə Aİ-yə girişin qadağan edilməsi və əgər aşkar edilərsə, Avropa yurisdiksiyalarında maliyyə aktivlərinin bloklanması daxildir. Agentlik Avropa Komissiyasının "kimyəvi silahdan istifadə" dedikdə, hansı silahlardan istifadə olunduğunu dəqiq qeyd etmədiyini bildirir. Təkliflər Aİ Şurasında Aİ-yə üzv dövlətlər tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiyalar paketi çərçivəsində 54 fiziki şəxsi, 14 şirkəti və 149 tankeri qara siyahıya salmaq niyyətindədir. Bu barədə məlumatə Brüsselin EUObserver portalı Avropa Komissiyasının mayın 6-da Aİ ölkələrinə göndərdiyi təklifə istinadən yayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

BÜTÜN XƏBƏRLƏR