Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə diplomatik aktivlik yenidən artır. Mayın 9-da Bakıda Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail nümayəndə heyətləri arasında yeni görüş keçiriləcək.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrailin “Kan News” agentliyi yayıb.
Məlumata görə, İsrail tərəfi danışıqlarda iki əsas tələbi gündəmə gətirəcək:
1. İsrail sərhədləri yaxınlığında onu təhdid edən hərbi gücün olmaması;
2. Suriya ərazisində İsraili hədəf ala biləcək strateji silahların yerləşdirilməməsi.
Bu danışıqların əsas hədəfi bölgədə təhlükəsizliyin təmin edilməsi və Türkiyə ilə İsrail arasında gərginliyin azaldılmasıdır. Eyni zamanda, Azərbaycanın vasitəçi rolu ölkənin regional diplomatiyada artan çəkisini bir daha göstərir.
Qeyd edək ki, Azərbaycan son illərdə həm Türkiyə, həm də İsrail ilə strateji tərəfdaşlıq münasibətlərini gücləndirib və bu iki ölkə ilə paralel əməkdaşlıq edən nadir dövlətlərdən biridir.
Danışıqların nəticələri yaxın günlərdə bəlli olacaq. Musavat.com mövzunu izləməkdə davam edəcək.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ