İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərvər Bəşirli ona hədiyyə ediləcək yeni avtomobildən DANIŞDI

Qırmızı rəngli köhnə avtomobillə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxsə avtomobil hədiyyə edilməsi barədə xəbər vermişdik.

Həmin avtomobilin sahibi Sərvər Bəşirli nəinki sosial şəbəkələrdə, hətta qardaş Türkiyə mediasında da diqqət mərkəzinə düşüb. Bir çoxları isə onun köhnə maşınının yerinə yenisini almağı təklif ediblər. Qısa zamanda yerli televerilişlərin birində ona yeni avtomobil hədiyyə ediləcəyi ilə bağlı xəbərlər yayılıb. Canlı yayım zamanı Rusiyada yaşayan iş adamlarından biri Sərvər Bəşirliyə avtomobil hədiyyə edəcəyini bildirib.

Biz də, TV Müsavat olaraq, Sərvərin özünə zəng edib bu məlumatı dəqiqləşdirməyə çalışdıq.

Sərvər Bəşirli bildirdi ki, verlişdə ona yeni avtomobil söz verilsə də, maşının özündən heç bir xəbər yoxdur. Yəqin ki,qarşıdakı günlərdə hər şey aydınlaşar.

Alim Liftiyev
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR