İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sarkisyanı “Baden-Baden gecələri”nə görə tutmayacaqlar

 

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın hakimiyyətdə olduğu dövrdə Almaniyanın Baden-Baden şəhərinə səfəri və dövlət vəsaiti israf etməsi ilə bağlı başlanmış cinayət işinə xitam verilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, Sərkisyanın Almaniyanın kurort bölgəsinə getməsi ilə bağlı məsələ hüquqi müstəvidə “Məlumatlı Vətəndaşlar İttifaqı” ictimai təşkilatının proqram koordinatoru Daniel İoannisyan tərəfindən qaldırılıb. O, bununla bağlı Baş prokurorluğa hətta sorğu da göndərib

Xatırladaq ki, 2021-ci il sentyabrın 15-də “Faktların Yoxlanması Platforması” üçüncü prezident Serj Sarkisyanın 10 illik hakimiyyətdə olduğu müddətdə hər il hökumət təyyarəsi ilə dövlət hesabına Almaniyanın Baden-Baden şəhərinə uçduğu barədə araşdırma dərc etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR