Onlayn ictimai-siyasi qəzet
“Sərhədsiz Reportyorlar” 2024-ci il üçün mətbuat azadlığı indeksini açıqlayıb. 180 ölkənin daxil olduğu hesabatda Azərbaycan 164-cü yerdə göstərilir. Hesabatda, ən azad mətbuat Norveç, ondan sonra Danimarka, İsveç, Hollandiya və Finlandiya gəlir.
SSRİ ölkələrindən və regional qonşulardan: Estoniya- 6-cı, Latviya - 12-ci, Litva - 13-cü Moldova - 31-ci, Ermənistan - 43-cü, Ukrayna -61, Gürcüstan -103, Qırğızıstan -120, Qazaxıstan -142, Özbəkistan -148, Tacikistan -155, Türkiyə -158, Rusiya-162, Azərbaycan -164, Belarus -167, Türkmənistan -175, İran -176, ABŞ 55-ci, Fransa 21-ci, Yunanıstan 88-ci yerdədir.
Göründüyü kimi, Ermənistan yenə də siyahıda öndədir.
Qeyd edək ki, bu təşkilat 2013-cü ildən bəri Azərbaycanda media azadlığının vəziyyətinə dair hər il qərəzli mövqeyini davam etdirir. Onların yazdığına görə, Azərbaycan 2013-cü ildə 156-cı, 2014-cü ildə 160-cı, 2015-də 162-ci, 2016-da 163-cü, 2019-da 166-cı, 2020-ci ildə isə 168-ci yerdə göstərilib.
Bu təşkilatın sifariş əsasında xidmət göstərdiyi bildirilir. Sifariş verənlər də anti-Azərbaycan beynəlxalq siyasi dairələr, dünyadakı erməni diasporu, erməni lobbisi, islamafob qüvvələrdir. Onların ayırdığı maliyyə dəstəyi ilə Azərbaycan hədəf seçilir.
Afaq Mirayiq,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ