Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Musavat.com xəbər verir ki, onun təbrik məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.
Sizə ali dövləti vəzifənizdə bundan sonra da aktiv və səmərəli fəaliyyət, möhkəm cansağlığı, səadət, firavanlıq, dostlarınızın səmimiyyətini və diqqətini, əzizlərinizin və yaxınlarınızın sevgisini arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, Sizə Rusiyanın və Azərbaycanın xüsusi xidmətləri arasında ölkələrimizin təhlükəsizliyinə təhdidlərə qarşı layiqli və etibarlı təminatın yaradılmasına, regionda sülhün və sabitliyin qorunmasına istiqamətlənən kəşfiyyat xətti üzrə qarşılıqlı fəaliyyətə göstərdiyiniz daimi diqqət və dəstəyə görə minnətdarlığımı bildirirəm".
20 May 2025
07:30 Gəncədə məktəblinin faciəvi ölümündən bir həftə ötdü - cəmiyyəti silkələyən olayda əsas müəmma
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ