İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılardan SON DƏQİQƏ çağırışı: Hər kəs Əsgərana toplaşsın! CANLI

Qondarma Əsgəran "bələdiyyəsi" ermənilərə çağırış edib. Erməni telegram kanallarında məlumat yayılıb. Məlumatda qeyd edilir ki, çağırışda bildirib ki, düşmənin Əsgərandan keçməsinin qarşısını almaq üçün hərkəs "Tank" abidəsinin yanına gəlsin. Bundan başqa, Qarabağda erməni separatçıların hərəkətliliyi müşahidə olunur.

“Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir”. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşımında bildirib.

"Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir", - o paylaşımında qeyd edib.

Arayik deyir ki, o, “prezident” olandan 4 ay sonra müharibə başlayıb. “Biz bu müharibədə məğlub olduq. Əlbəttə ki, məğlubiyyətin bütün günahını mənim üzərimə yıxmaq olar. Bu məsuliyyətdən imtina etmirəm. Buna görə, ermənilərə üzr istəyirəm”.

Separatçıbaşı daha sonra qeyd edib ki, müharibədən sonra durumları daha da ağırlaşıb. O, Azərbaycanın davamlı təzyiqlər göstərməsini ön plana çıxarıb.
“Lakin biz mümkün qədər müqavimət göstərdik. Amma bunların yetərli olduğunu düşünmürəm. Ona görə də, prinsipial qərarların qəbul edilməsi üçün dəyişikliyə getməyi qərara aldıq. İlk addımı isə mən atıram. Qoy, dəyişiklik məndən başlasın”.

O deyib ki, istefa ilə bağlı qərarını iki gün əvvəl verib. “İstefamı sabah erməni xalqına təqdim edəcəm. Buna qədər isə “dövlət naziri” Qurgen Nersisyanı istefaya göndərmişəm. Onun yerinə isə Samvel Şahramanyanı gətirmişəm. Ona əminəm ki, hər şeyi etməyi bacaracaq”. Arayik sonda deyib ki, Qarabağdan getmək fikrində deyil. O, ailəsi ilə birlikdə Xankəndidə yaşayacağını bildirib.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu jurnalist-şərhçi Heydər Oğuzla söhbətləşir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR