İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH və erməni kəşfiyyatı Zəngəzurda təxribata hazırlaşır? Ədalət Verdiyevlə CANLI

“İran Zəngəzur dəhlizinə qarşı olduğunu Ermənistandakı səfiri vasitəsilə bəyan edir. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılacağını və bunun beynəlxalq geosiyasi bir layihə olduğunu vurğulayıb. Bununla bağlı Azərbaycan dəmir yol və avtomobil yolunun çəkilişini davam etdirir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Tehran rejimi məhz Zəngəzurda Ermənistanla birgə Azərbaycana qarşı təxribatlara hazırlaşır:

“SEPAH bu istiqamətdə Ermənistan kəşfiyyat qrupu ilə təlimlər keçirir. İranın və Ermənistanın bu təxribatlarına Azərbaycan və Türkiyə ciddi cavab verəcək. Nəticədə Zəngəzur dəhlizi Azərbaycanın nəzarətinə keçə bilər. Fransa da Avropa İttifaqının tərkibində öz hərbçilərini Zəngəzur istiqamətində yerləşdirməyi planlaşdırır. Bu, Ermənistan Baş naziri Nikol Paşinyanın planıdır.

N.Paşinyan regionda çox ciddi strateji səhvlər edir. Türkiyə və Rusiyanın əleyhinə olaraq Fransa hərbçilərini regionda yerləşdirməsi Ermənistanın blokadada qalmasına səbəb olacaq. Ermənistan rəhbərliyi sülh prosesindən yayınmaqla riskli gedişlər edir. Riskli oyunlar Ermənistan üçün uduşlu olmayacaq”.

Türkiyə Vəkillər Kollegiyası (TBB) zəlzələ nəticəsində dağılan binaların tikintisinə məsul olan podratçılar və digər vəzifəli şəxslər barəsində cinayət işi qaldırıb.

TBB mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan 10 əyalətə təsir edən zəlzələlərdə dağılan binaların inşasına səlahiyyətli və məsul olan podratçılar və digər səlahiyyətlilər, binaların layihələrini təsdiq edən, nəzarəti lazımi şəkildə həyata keçirməyən məsul şəxslər başda olmaqla, bütün şübhəli şəxslərin müəyyən olunması və barələrində cinayət işinin başlanması üçün cinayət işi açıldığı bildirib.

Hər bir vilayətin Baş Prokurorluğuna təqdim edilən müraciətdə yazılıb ki, zəlzələdən sonra axtarış - xilasetmə işlərinə gec, natamam və yanlış başlaması nəticəsində itkilərin artmasına səbəb olan şəxslər barəsində də cinayət işi açılıb. Şübhəli şəxslər Türkiyə Cinayət Məcəlləsinin 81-ci və 83-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunublar.

Sübutların yox olmaması üçün nümunələrin götürülməsi və analiz edilməsi daxil bütün mərhələlərdə könüllü və öz sahəsində mütəxəssislərdən ibarət komissiya üzvləri ilə sağlam istintaq aparılması, bütün şübhəlilərin müəyyən edilməsi üçün işlər başlayıb.

“İran hakimiyyəti müdriklik göstərir və bəzi kiçik dövlətlərin müxtəlif məzmunlu təxribatlarına uymur”. İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Bədaxşan Zohuri fevralın 9-da İrəvanda ikitərəfli münasibətlərə həsr olunmuş «elmi» konfransda ərz eləyib. Xəbəri erməni KİV-i yayıb.

Molla - diplomatdan xahiş ediblər ki, bu yaxınlarda Azərbaycan mətbuatında yayılmış belə bir xəbəri şərh etsin ki, Ermənistan və İran guya, Azərbaycana qarşı birgə hücum əməliyyatı hazırlayır.

İran səfiri «dərhal bir salavat çevirərək» ciddi görkəm alıb da irad eləyib ki, Tehran və İrəvan bütün istiqamətlər üzrə sıx əməkdaşlıq edir və əgər elə sferalar varsa ki, qarşılıqlı fəaliyyət sahəsindəki informasiyalar açıqlana bilməz, deməli belə də olmalıdır.

«İran həmin kiçik ölkələrə kiçik bir qulaqburması verə bilər ki, onlar İran üçün problem yaratmağa çalışırlar. Amma İran hakimiyyəti emosiyaların təsiri altında hərəkət etməyə üstünlük vermir. Onlar kifayət qədər müdrikdirlər və öz hərəkətlərində təmkinlidirlər» - səfir-molla bildirib.

Zohurinin sözlərinə görə, İran tərəf heç vaxt bölgədə situasiyanı gərginləşdirməyə can atmayıb (Sadəcə məzhəb pərdəsi altında gizlicə xaç çevirərək, «saman altından su yeridib»). Bu kontekstdə o, bölgə KİV-ni əlavə gərginlik yarada biləcək səs-küylü başlıqlara və məqalələrə can atmamağa çağırıb. Başqa sözlə, bu əmmaməsiz molla demək istəyib ki, hər millət hansı dinə qulluq etməyi özü seçir ki, İran da eləcə, şiə olsa da, pərdə arxasında «vartan respublikası»dır və vaxtlı-vaxtında müqəddəs xaçı öpür. Molla diplomatiyası Qərb diplomatiyasından məhz bu xüsusiyyəti ilə fərqlənir və onlardan qabaqdadır.

Zohuri daha sonra deyib: «Hərbi vəziyyətə gəlincə, sizi əmin edirəm ki, İran bölgədəki bütün həmsərhəd reallığı diqqətlə izləyir».

Vəssalam, molla üçün bundan artığı mümkün də deyil, belə ki, “vartan dövləti” «inək südünə görə mələyər» deyimini bir an da unutmur. Başqa sözlə, əgər ehsan yeməkdən künəsi irilmiş molla NATO deyilən alyansdan ehtiyat etməsəydi, indi çoxdan «kiçik dövlətlərə» hucum etmişdi. Sadəcə, qorxu çox köpəkoğlu şeydir. Başından yekə danışmaq isə pulla deyil, kefi istəyən zəvzəyə bilər…

TVMusavat-ın canlı efirində aparıcı Emil Salamoğlu zəlzələ bölgəsindən son məlumatları çatdırır və İran - Ermənistan münasibətlərini hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR