İnsanlara hürriyət, millətlərə istiqlal!

Sentyabrın 4-ü 28 yaşı tamam oldu, 19-u isə şəhid oldu- Həyat hekayəsi- FOTOLAR

 

Lokal antiterror tədbirləri nəticəsində həyatını itirən şəhidlərimizdən biri də Ruslan Əbülfət oğlu Abbasovdur.

Şəhidin qardaşı Abbasov Nəriman Musavat.com-a bildirib ki, Ruslan 1995-ci il sentyabrın 4-də Mingəçevirdə doğulub. O, 2002-ci ildə 15 saylı orta məktəbə daxil olub.
 2010-cu ildə 8-ci sinifi bitirdikdən sonra təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. 2013-cü ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub .

2014-cü ildə atasını itirib. 2017-ci ildə AAHM bitirərək leytenant rütbəsi ilə N saylı hərbi hissədə tağım komandiri vəzifəsində işə başlayıb. 2018-ci ildə "Azərbaycan ordusunun 100 illiyi" Yubiley medalı ilə təltif olunub. 2020-ci ilin yayında baş leytenant rütbəsinə yüksəlib və N saylı hərbi hissədə bölük komandiri vəzifəsinə çalışıb.

2020-ci ilin sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Döyüşün ən qızğın vaxtlarında, oktyabr ayının 30-u axşam saatlarında anası vəfat edib. 31 oktyabr döyüşdən gələrək anasını dəfn edib və yenidən döyüşə qayıdıb. Ona "biraz gözlə, özünə gəl, sonra get" deyiləndə, o, "mən heç bir əsgərimin valideyninə övladın şəhid oldu deyə bilmərəm" deyib.

44 günlük Vətən müharibəsi ərzində “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

2023-cü il 19 sentyabrında lokal antiterror tədbirləri zamanı bir çox separatçı mövqelərini məhv edib. Həmin tarixdə düşmən atəşi zamanı bölüyü sığınacağa köçürən zaman şəhid olub".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR