İnsanlara hürriyət, millətlərə istiqlal!

Sentyabr təxribatlarında iştirak etmiş əsgər kazarmada yandı - foto

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis -istehkam bölüyünün kazarmasında baş vermiş yanğın nəticəsində ölənlərdən biri sıravi Hayk Kirakosyan sentyabr döyüşlərinin iştirakçılarından olub.

Musavat.com bu haqda erməni mediasına istinadən bildirir. Ölən əsgərin qohumu Meline Kirakosyan bildirib ki, Hayk Kirakosyan Armavir rayonunun Metsamor kəndindən idi. Bir qardaşı və bir bacısı olan Kirakosyam ailənin böyük uşağı olub. Yanvarın 24-ü onun orduya çağırılmasının bir ili tamam olacaqdı. 

Hələlik yanmış meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün ailələrdən DNT analizi götürülməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR