İnsanlara hürriyət, millətlərə istiqlal!

İran yaxın saatlarda İsrailə hücum etməyə hazırlaşır - HƏDƏFLƏRİ AÇIQLANDI

Xəbər verdiyimiz kimi, xarici media İranın İsrailə hücum edəcəyi barədə məlumat yayır.

The New York Times ehtimal edilən hücumla bağlı bəzi təfərrüatlar dərc edib.

Musavat.com nəşrə istinadən xəbər verir ki, hücum yaxın saatlarda gözlənilir.

Ehtimallara görə, Təl-Əviv yaxınlığındakı üç hərbi hava baza və kəşfiyyat xidmətlərinin qərargahına zərbələr endiriləcək.

“New York Times” qəzetinin məlumatına görə, hücum çox güman ki, bu gecə pilotsuz təyyarələr, ballistik raketlər və qanadlı raketlərdən istifadə edilməklə həyata keçiriləcək. ABŞ səfirliyi əməkdaşlarına yüksək səviyyəli xəbərdarlıq edərək, onlara evlərinə qayıtmağı və bomba sığınacaqlarından mümkün təxliyəyə hazırlaşmağı əmr edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

nyu york1.jpg (112 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR