İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! Zelenski Qərbdən 30 milyard dollar tələb etdi – Rusiyaya qarşı gündə 500 dron hücumu planlaşdırılır  



Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrinə müraciət edərək 2025-ci ilin sonuna qədər Ukraynanın hərbi istehsal potensialını artırmaq üçün 30 milyard dollar vəsait ayrılmasını istəyib.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Zelenski bu çağırışla yaxın vaxtlarda G7 ölkələrinin liderlərinə müraciət etməyə hazırlaşır. Prezident həmçinin Qərbdən dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsini də tələb etməyi planlaşdırır.

"Bloomberg" yazır ki, beynəlxalq dəstəyin azalması fonunda Zelenski daxili hərbi istehsalı gücləndirmək istəyir. O, xüsusilə pilotsuz uçuş aparatlarının (PUA) istehsalına fokuslanıb.

Ukrayna liderinin planına əsasən, ölkə gündəlik olaraq Rusiya ərazisində 300-500 PUA əməliyyatı həyata keçirməli və eyni zamanda 1000 drondan ibarət ehtiyat yaratmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR