İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! Rus generalı öldürən şəxs bu TÜRK DÖVLƏTİNİN vətəndaşı imiş – ŞOK ETİRAFLAR

Moskvada general-leytenant İqor Kirillova qarşı terror törətməkdə şübhəli bilinən 29 yaşlı Özbəkistan vətəndaşı saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya FSB-nin mətbuat xidməti məlumat yayıb.

“FSB əməkdaşları Rusiya Daxili İşlər Nazirliyi və Rusiya İstintaq Komitəsi ilə birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində partlayış törədən 1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşını müəyyən edib və saxlayıblar”, - məlumatda deyilir.

FSB-nin məlumatına görə, terror aktını törədən şəxs Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürüldüyünü bildirib. Onların tapşırığı ilə o, Moskvaya gəlib, evdə hazırlanmış güclü partlayıcı qurğu əldə edib və onu Kirillovun evinin girişində dayanmış elektrik skuterinə quraşdırıb.

Qeyd edək ki, partlayış nəticəsində general və onun köməkçisi ölüb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR