İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! ABŞ və Rusiya bunu hamıdan gizlədir - Qorxunc XƏBƏRDARLIQ

Nüvə silahı təhlükəsi günü-gündən gözlənilməz şəkildə artır.

Musavat.com xəbər verir ki, bu barədə İsveçdə yerləşən Sülh Araşdırmaları İnstitutu məlumat yayıb və xəbərdarlıq edib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, hazırda dünyada 12 512 nüvə başlığı var. Keçən ildən bəri fonda əlavə edilən başlıqların əksəriyyəti Çindəndir.

Analitik mərkəzin verdiyi açıqlamaya əsasən, dünyada İran, Şimali Koreya, Çin, ABŞ, Rusiya daxil olmaqla 9 ölkə nüvə silahına malikdir. Bu silahlardan 9576-sı potensial istifadəyə hazırdır.

Son bir ildə səhmlərə əlavə edilən 86 başlıqdan 60-ı Çinə, 12-si Rusiyaya, 5-i Pakistana, 5-i Şimali Koreyaya, 4-ü Hindistana məxsusdur.

İsveç mərkəzli beyin mərkəzi dünyada iki təhlükəyə diqqət çəkib.

Bunlardan birincisi İkinci Dünya Müharibəsindən sonra azalan nüvə ehtiyatlarının qəfil artmasıdır. İkincisi, Çin heç vaxt nüvə silahlarını açıqlamayıb və bəlli olan məlumatlar yalnız ABŞ-ın verdiyi informasiyalara əsaslanır.

Hesabatda diqqət çəkən başqa bir məsələ nüvə başlıqlarının, demək olar ki, hamısının ABŞ və Rusiyaya məxsus olmasıdır. İki ölkə də Ukraynadakı müharibədən sonra öz nüvə məlumatlarını açıqlamaqdan imtina edir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR