İnsanlara hürriyət, millətlərə istiqlal!

Senat ABŞ-ın dövlət borcu limiti barədə qanun layihəsini təsdiqləyib

İyunun 1-də ABŞ Konqresinin senatı ölkədə defoltun qarşısını almaq üçün dövlət borcu tavanının qaldırılması barədə qanun layihəsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Konqresin yuxarı palatasının 63 üzvü layihənin lehinə, 36 üzvü isə əleyhinə səs verib. Təşəbbüs mayın 31-də axşam saatlarında Nümayəndələr palatası tərəfindən də dəstəklənmişdi.

Hazırda sənəd imzalanması üçün Prezident Cozef Baydenə göndərilib. O, bununla bağlı yazılı açıqlamasında senatdakı çoxluğun və azlığın liderlərinə layihəni qanunverici orqandan sürətlə keçirdiklərinə görə təşəkkürünü bildirib.

İlk dəfə 1917-ci ildə Konqres tərəfindən tətbiq olunan tavan Maliyyə Nazirliyinə müəyyən borc səviyyəsinə çatdıqdan sonra və ya müəyyən müddətə qədər hökumətin fəaliyyətinin maliyyələşməsi üçün yeni dövlət istiqrazları çap etməyə imkan vermir. ABŞ bu ilin yanvarında 31,4 trilyon borc tavanına çatdığından nazirlik limiti aşmamaq və mümkün defoltu önləmək üçün fövqəladə tədbirlər görməyə başlamışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR