Onlayn ictimai-siyasi qəzet
“Artsax” (ermənilərin Qarabağdakı separaçtı rejimə qqoyduğu uydurma ad-red.) keçmiş dünya nizamını qoruyan sonuncu qala idi.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir xəstə fikir yerli şərqşünas Ruben Melkonyan tərəfindən irəli sürülüb.
“İsraildə vəziyyətin hazırda partlaması məni təəccübləndirmir, çünki dünya nizamı artıq mövcud deyil, heç bir yazılı və ya yazılmamış normalara riayət olunmur. Hesab edirəm ki, bu partlayış həm də təkcə Ermənistanı deyil, həm də dünya nizamını qoruyan son qala olan “DQR”in süqutunun nəticəsi idi. Dünya oyunçuları “artsaxı” qurban verərək, uzun müddət davam edə biləcək müharibələrə yol açdılar”,-deyə Melkonyan söyləyib.
Necə deyərlər, şərhsiz…
Musavat.com
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ