İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə mağazalardan oğurluq edən şəxs saxlanılıb

Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində özgənin əmlakını gizli yolla talamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Mirpaşa Rəhimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o cari ilin oktyabr ayında rayonun Dəllər qəsəbəsində yerləşən 3 mağazadan ümumi dəyəri 7610 manat olan nağd pul, kompyuter, mobil telefon və tütün məmulatlarını oğurlayıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR