Onlayn ictimai-siyasi qəzet
Şəki-Oğuz avtomobil yolunda qəza baş verib, xəsarət alanlar var. Hadisə avtomobil yolunun Oğuz rayonunun Oraban kəndindən keçən hissəsində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Oğuz rayon sakini 43 yaşlı Sarvan İmamverdiyevin idarə etdiyi “VAZ-21012” avtomobili ilə 58 yaşlı Rəşid Umarovun idarə etdiyi “Toyota” markalı maşın toqquşub. İlkin məlumata görə, qəza nəticəsində “VAZ-21012”də olan iki sərnişin - sürücü Sarvan İmamverdiyevin həyat yoldaşı 37 yaşlı Könül İmamverdiya və övladı 12 yaşlı Ayan İmamverdili xəsarət alıblar.
Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yol-nəqliyyat hadisəsinin təfərrüatları araşdırılır.
10 Iyul 2025
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ