Onlayn ictimai-siyasi qəzet
Kafe və restoranlarda satılan desertlərin tərkibində təhlükəli miqdarda şəkər ola bilər.
Bu barədə "Daily Mail" Britaniyanın şəkərin insanlara təsirini araşdıran "Action on Sugar" ictimai təşkilatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, onlar Britaniyanın ictimai iaşə müəssisələrində 700-dən çox desert və içkini təhlil edərək məyusedici nəticələrə gəliblər: onların bəzilərində 133 qrama qədər şəkər olub. Smuzilərin "sağlamlığa faydaları" ilə bağlı nəticələr də ürəkaçan olmayıb. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı gündə 30 qramdan çox şəkər istehlak etməyi tövsiyə etmir ki, bu da təxminən yeddi-səkkiz çay qaşığına bərabərdir.
"Action on Sugar" təşkilatının diyetoloqu Zoe Davisin sözlərinə görə, çox vaxt kafe və restoranlar məhsullarının şəkər tərkibini heç bir yerdə göstərmirlər. İnqrediyentlər haqqında ətraflı məlumat verilən resept kartlarını da internetdə tapmaq çətindir. Eyni zamanda, çoxsaylı araşdırmalardan göründüyü kimi, şirniyyat sevərlər piylənmə, diabet və ürək-damar xəstəlikləri riski altındadır. (Publika.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ