İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə altı ayda 552 min yanğın baş verib

Bu ilin yanvar-iyun aylarında Çində baş verən yanğınlardan birbaşa maddi ziyan 4,08 milyard yuan (ölkə Mərkəzi Bankının hazırkı məzənnəsi ilə 570 milyon dollardan çox) təşkil edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Çin Dövlət Yanğın və Xilasetmə Administrasiyasının rəsmisi Liu Jiyanq deyib.

Onun mətbuat konfransında verdiyi məlumata görə, bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz azdır: "Ümumilikdə Çində son altı ayda 552 min yanğın qeydə alınıb. Onların sayı faktiki olaraq eyni səviyyədə qalıb. Yanğınlar nəticəsində 1084 nəfər ölüb, daha 1149 nəfər yaralanıb”.

Liu Jiyanq qeyd edib ki, ölkədə baş verən yanğınlar ilk növbədə elektrik avadanlıqlarının nasazlığı, evdə yanğınla ehtiyatsız davranma, siqaret çəkmə və nəzarətsiz yanğın mənbələri ilə bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR