Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən maraqlı insidentlə qarşılaşıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Pezeşkianın xüsusi müfəttişi Mustafa Moləvi deyib ki, prezidentin kortejindəki bütün avtomobillər Qəzvin əyaləti yaxınlığında dayanmalı olub.
Moləvinin sözlərinə görə, kortej Rəşt magistralının çıxışında yerləşən bir yanacaqdoldurma məntəqəsində benzin doldurduqdan sonra hərəkətə davam edib. Takestan şəhəri yaxınlığında hər üç avtomobil nasazlıq səbəbindən dayanıb. Texniki baxış zamanı məlum olub ki, avtomobillərə vurulan benzin su ilə qarışıq olub.
Qeyd edilir ki, eyni yanacaqdoldurma məntəqəsində bundan əvvəl də oxşar keyfiyyətsizlik halları qeydə alınıb. Hadisəyə rəğmən, Pezeşkian əyalət rəhbərliyi ilə əlaqə saxlamayıb və rəsmi araşdırma başlanmayıb. Bunun əvəzinə o, şəxsi taksi tutaraq səfərini Təbrizə qədər bu yolla davam etdirib.
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ