İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda DƏHŞƏT: 3 günlük matəm ELAN OLUNDU - VİDEO

Bağdadın cənubundakı Vasit əyalətində yerləşən ticarət mərkəzində baş vermiş güclü yanğın nəticəsində 50-yə yaxın adam həlak olub. 

Musavat.com xəbər verir ki, bu barədə bölgənin qubernatoru Məhəmməd Cəmil əl-Maya məlumat verib.

Dəhşətli hadisə Vasit əyalətinin Kut şəhərində baş verib.

Qubernatorun sözlərinə görə, ölənlər arasında kişilər, qadınlar və uşaqlar da var. Əyalət rəhbərliyi faciə qurbanları üçün üç günlük matəm elan edib.

O həmçinin əlavə edib ki, səlahiyyətli orqanlar araşdırmaları davam etdirir. İlkin nəticələrin yaxın 48 saat ərzində dərc ediləcəyi vəd edilir.

Əyalət polisi və mülki müdafiə qüvvələri yanğınla mübarizəyə tam səfərbər edilib. Hadisə yerində xilasetmə və bərpa işləri davam edir.

@@TVmusavat/121694@@

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR