İnsanlara hürriyət, millətlərə istiqlal!

Səidə ilk dəfə oğulluğunu efirə çıxartdı - VİDEO

Müğənni Səidə Dadaşova ilk dəfə oğulluğu Osmanı efirə çıxarıb.

OLAY yazır ki, bu anlar “Xəzər axşamı” verilişində yaşanıb.

Səidə bildirib ki, Osman həyat yoldaşı Məhəmmədin (Maqa) birinci nikahından olan övladdır:

“Bu uşağın yaraşığı onun başının bəlasıdır. O elə Osman kimi də Osmandır. O mənim həyat yoldaşımın birinci xanımının övladıdır. Osman mənimlə çalışır. Yəni getdiyim məkanlarda o hər zaman yanımda olur. Oğlum Rafaellə münasibəti çox əladır. Onlar bir-biri ilə nəfəs alırlar”.

Daha sonra Osman studiyaya daxil olaraq proqramın aparıcısı Mətanət Əliverdiyeva ilə həmsöhbət olub.

“Mən 49 saylı orta məktəbin səkkizinci sinifində təhsil alıram. Sizin efir vasitəsi ilə sinif yoldaşlarıma salamımı çatdırıram. Onlar hazırda ekran qarşısında oturub bizi izləyirlər” – deyə Osman bildirib.

Qeyd edək ki, S.Dadaşovanın həyat yoldaşı Məhəmmədin birinci həyat yoldaşı Aysel xanımdan Osmandan başqa Ömər adlı daha bir oğlan övladı var. Səidə müsahibələrində ərinin birinci ailəsi ilə dost münasibətdə olduğunu bildirib. Səidə ilə Məhəmmədin Rafael adında bir oğlu var.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR