Onlayn ictimai-siyasi qəzet
FİDE iyul ayı üçün şahmatçıların reytinqini açıqlayıb.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov (2726) üç pillə geriləyib. 39 yaşlı qrossmeyster 19-cu pillədə yer alıb.
Teymur Rəcəbov (2700) isə 4 pillə geriyə düşərək 34-cü yerdə qərarlaşıb. Altı pillə irəliləyən Rauf Məmmədov (2652) 76-cı yerə yüksəlib.
Kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (2990, Norveç) başçılıq edir. Hikaru Nakamura (2802, ABŞ) ikinci Fabiano Karuana (2796, ABŞ) isə üçüncüdür.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2441) 4 pillə geriləyərək 33-cü yerdə qərarlaşıb. Gövhər Beydullayeva isə üç pillə geriləyərək (2412) 42-ci pillədə yer alıb. 16 pillə irəliləyən Xanım Balacayeva (2407) 47-cidir. Ülviyyə Fətəliyeva (2399) iki pillə geriləyərək 51-ci sıraya düşübsə, Gülnar Məmmədova “Top-100”ü tərk edib.
Qadın şahmatçıların siyahısında ilk üç pillədə çinli qrossmeysterlər - Yifan Hou (2632), Venjun Ju (2566) və Ley Tinqjie (2548) yer alıb. (Apasport.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ