Onlayn ictimai-siyasi qəzet
“Allah İlhamə Quliyevaya rəhmət etsin. Onunla xasiyyətimiz, xüsusiyyətlərimiz, hegemonluğumuz eynidir. Hətta məndə ondan da çoxdur. Amma bir xasiyyətimiz var ki, heç oxşamır. Mənim sözüm daha itidir”.
Bu sözləri müğənni Roza Zərgərli verilişlərin birində deyib.
O, sənəti olmayan ifaçıları tənqid edərək nəsihət də verib:
“Səhnədə müğənnilər arasında hegemon özüməm. Çıxsın kimsə nəsə desin. Öz yaşıdlarım üçün bunu demirəm. Bu sözlər bizdən sonra gələn nəsilə aiddir. Ona görə deyirəm ki, böyüklərinizə hörmətlə yanaşın. Bizim dövrün müğənnilərinə sonradan gələn, sənəti olmayan, gələcəkdə yeri olmayan, günlük, aylıq, illik ifaçıların söz deməyə haqqı yoxdur”. (Oxu.az)
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ