Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin iyul ayından başlayan Ümumavropa Liderlik Akademiyasının (ELA Akademiyası) təlim proqramında iştirak etmək üçün regionun 6 ölkəsindən irəli sürülən 31 namizəddən 14 nəfər seçim mərhələlərindən uğurla keçərək, növbəti proqramda iştirak üçün dəvət alıblar.
Musavat.com xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdir müavini Təranə Əhmədova və Səhiyyə siyasəti şöbəsinin baş məsləhətçisi Nigar Nəzərli də növbəti mərhələyə yüksəliblər.
Təcrübə proqramı (Tier2) Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Ümumdünya Səhiyyə Təşkilatının Regional Avropa Ofisində təşkil olunub.
ELA Akademiyasının Tier2 proqramı çərçivəsində təlim keçdiyi müddətdə səhiyyə sahəsində insan resursları üzrə göstəricilərin, o cümlədən Azərbaycan Respublikasında tibb əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malik şəxslərin dövlət reyestrinin təkmilləşməsi üzrə “Tibb müəssisələrinin standart əməliyyat prosedurlarının bazasının təşkili” mövsuzunda layihə hazırlanıb.
Qeyd edək ki, ÜST-nin Regional Avropa Ofisinin əsas təşəbbüsü olan Ümumavropa Liderlik Akademiyası ölkə səviyyəsində maksimum nəticələr əldə etmək üçün insan resurslarının inkişafına yönələn üç səviyyəli proqramdır. Təcrübə proqramının əsas məqsədi Avropa regionunun səhiyyə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının rəsmi nümayəndələrinin qarşılıqlı faydalı bilik və təcrübə mübadiləsi, o cümlədən səhiyyə siyasəti istiqamətində birgə çalışmaq üçün potensialın artırılması və səmərəli layihələrin ərsəyə gəlməsi nəticəsində regionda səhiyyə sisteminin gücləndirilməsidir.
ELA Akademiyasının Tier2 proqramı noyabrın 13-dək davam edəcək.
08 Noyabr 2024
02:44 Putin Tramp və Qərb liderləri ilə münasibətlərdən danışdı: "Hər şey normal idi, amma onlar...”
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ