Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Çin-Ukrayna ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 17,3 faizartaraq 7,99 milyard dollara çatıb.
Musavat.com Çin Baş Gömrük İdarəsinin açıqladığı məlumata istinadən xəbər verir ki, 12 ay ərzində Çindən Ukraynaya mal ixracı 33,1 faiz artım nümayiş etdirərək 3,7 milyard dollar təşkil edib. Ukrayna məhsullarının Çinə idxalı 6,4 faiz artaraq 4,29 milyard dollara çatıb.
Beləliklə, Kiyevin bu dövr üçün müsbət saldosu təxminən 587 milyon dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə təxminən 52 faiz azdır.
Dekabrda Çin və Ukrayna arasında ticarət dövriyyəsi noyabr ayı ilə müqayisədə 12,1 faiz artaraq 548,05 milyon dollar təşkil edib.
Çinin Ukraynaya ixracının əsas məhsulları sadələşdirilmiş gömrük rəsmiləşdirilməsinə malik istehlak malları, avtomobillər və onların komponentləri, litium akkumulyatorlar, avtobuslar, yük maşınları və minik avtomobilləri üçün təkərlərdir. Bundan əlavə, bura televiziya və telekommunikasiya avadanlığı, smartfonlar, məişət və tibbi texnika, kompüterlər və s. Kiyev Çinə əsas qarğıdalı tədarükçülərindən biridir. Çinin Ukraynadan idxal etdiyi digər mallar dəmir filizi, günəbaxan və kolza yağı, arpa, ferronikel, mal əti, soya, digər ərzaq məhsulları, xammal və yarımfabrikatlardır.
Qeyd edək ki, ötən il Çinlə Rusiya arasında ticarətin həcmində çox cüzi artım qeydə alınıb.
Musavat.com
19 Yanvar 2025
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ