İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft Fondunun səhmdarı olduğu Rusiya bankı İranda filial açır

Rusiyanın VTB bankı İranda filialını açır.

Musavat.com xəbər verir ki, məlumatı VTB-nin mətbuat xidməti yayıb.

Bankdan bildirildiyinə görə, artıq məsələ Rusiya Mərkəzi Bankı ilə razılaşdırılıb, lakin fəaliyyətə başlamaq üçün İranın maliyyə tənzimləyicisi tərəfindən təsdiqlənməlidir.

Planlaşdırılır ki, birinci mərhələdə filial Rusiya və İran şirkətlərinin xarici iqtisadi fəaliyyətinə xidmət göstərəcək, həmçinin İran istiqamətində tələbat olan bank məhsulları və hesablaşma mexanizmləri ilə təmin olunacaq: “İlk növbədə bunlar milli valyutalarda hesablaşmalar, ticarət və ixracın maliyyələşdirilməsidir”.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, filial Tehranda yerləşəcək. Bu qərar beynəlxalq hesablaşmaların aparılması ilə bağlı xərcləri və riskləri azaldacaq, həmçinin hər iki ölkədə xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən ticarət və ixracın maliyyələşdirilməsi alətlərindən istifadə imkanlarını genişləndirəcək.

Bankdan həmçinin qeyd ediblər ki, filialın strukturu və işçilərin sayı biznesin ehtiyacları və İran qanunvericiliyinin tələbləri nəzərə alınmaqla formalaşdırılacaq. VTB filialda işləmək üçün həm rus, həm də iranlı mütəxəssisləri cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu VTB-nin kiçik səhmdarlarından biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR