Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 21-dən etibarən miqrantlara qarşı böyük miqyaslı axtarış əməliyyatlarına başlayacaq.
Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.
İlk əməliyyat Çikaqoda keçiriləcək, burada son illərdə 51 minə yaxın miqrantın yerləşdiyi bildirilir.
Çikaqonun ardından reydlərin daha geniş miqyasda davam edəcəyi, Nyu-York, Los-Anceles, Denver və Mayami kimi böyük şəhərləri də əhatə edəcəyi gözlənilir.
Əməliyyatın bütün həftə davam edəcəyi və 100-dən 200-ə qədər ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin əməkdaşlarının iştirak edəcəyi gözlənilir.
Musavat.com
19 Yanvar 2025
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ