Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terim mətbuatın gündəminə gəlib.
"Əş-Şabab"a rəhbərlik edən mütəxəssis bu dəfə bahalı saatı ilə diqqətləri cəlb edib. 71 yaşlı çalışdırıcının 1,7 milyon lirə (təqribən 81 560 manat) dəyərində olan saatı medianın gündəmindədir.
"Breguet Tradition" 7067 kolleksiyasına aid olan saat 40 mm-lik korpus diametri ilə seçilir. Onun dizaynı skelet üslubundadır. Saatın ağ qızıl versiyası daha çox satılır.
Qeyd edək ki, Fatih Terim ötən il dekabrın 26-dan "Əş-Şabab"a rəhbərlik edir. O, Səudiyyə Ərəbistanı klubu ilə altı aylıq və dəyəri 1,6 milyon dollar olan müqavilə imzalayıb.//Oxu.az
19 Yanvar 2025
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ