Onlayn ictimai-siyasi qəzet
Ögey qardaşı ilə evlənən avstraliyalı aktrisa qız övladı valideyni olduqlarını açıqlayıb.
Skarlet Vas və sevgilisi Tae Riççi bir-birinə aşiq olduqdan sonra ögey qardaş və ögey bacı olublar.
Musavat.com Lent.az-a istinadən bildirir ki, 29 yaşlı Vas və 27 yaşlı Riççi əvvəlcə yeniyetmə yaşlarında tanış olublar, sonra isə böyüklər kimi görüşməyə başlayıblar. Onlar 2023-cü ilin sentyabrında, valideynləri nikahlandıqdan qısa müddət sonra evləndilər.
Vas və Riççi onların sevgi hekayəsinin qeyri-ənənəvi olduğunu başa düşür, lakin onlar heç bir tənqidə məruz qalmırlar.
Skarlet 2024-cü ilin noyabrında news.com.au-ya açıqlamasında deyib: "Düzünü desəm, bu bizə təsir etmir, çünki bir-birimiz üçün yaranmışıq. Biz ilk dəfə ortaq dostlar vasitəsilə tanış olanda təxminən 13 yaşında idik. Ailələrimiz bir-birini dost kimi tanıyırdılar və onlar bizi tanış ediblər".
Cütlük 2023-cü il sentyabrın 9-da Yunanıstanın Mikonos adasında evlənib. Bir il sonra valideyn olmağa hazırlaşdıqlarını elan ediblər və dekabrda Vas bir qız dünyaya gətirib.
Musavat.com
19 Yanvar 2025
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ