İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyində “Malyariyaya son” təşkilatının rəhbərliyi ilə görüş keçirilib

Səhiyyə Nazirliyində “Malyariyaya son” (“Malaria No More”) təşkilatının idarəedici direktoru Kelli Uillis və baş direktoru Martin Edlundla görüş keçirilib.

Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ötən ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını xatırladıb. Onun sözlərinə görə, malyariya ilə mübarizədə uğur, həm də beynəlxalq tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olub.

Nazir, həmçinin cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Azərbaycanda dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini vurğulayan Teymur Musayev, cari ildə milli və qlobal səviyyədə həyata keçirilən bir sıra tədbirlərin iqlim dəyişikliyinin mənfi təsirlərinə həsr olunduğunu bildirib. Nazir Bakıda keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal sammitinin iqlim dəyişikliyi və onun insan sağlamlığına təsirlərini müzakirə etmək üçün uğurlu bir platforma olduğunu qeyd edib. Eyni zamanda, sammitin iqlim sektorları üzrə mütəxəssislərin əməkdaşlığı üçün bir fürsət olduğu diqqətə çatdırılıb.

Öz növbəsində Kelli Uillis və Martin Edlund Azərbaycanın ölkədə malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər. “Malyariyaya son” təşkilatının rəhbərliyi, həmçinin ölkəmizi COP 29 kimi mötəbər tədbirin ev sahibliyinə seçilməsi münasibətilə təbrik ediblər. Onların sözlərinə görə, Azərbaycanın COP29-un ev sahibi olaraq səhiyyəni iqlim siyasətinin vacib hissəsi kimi irəli çəkmək və investisiya gündəliyini təşviq etmək imkanı var. Həmçinin, Bakıda keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal sammitinin əhəmiyyəti qeyd olunub.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR