İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhidlər Xiyabanı yaxınlığındakı gecə klubu ilə bağlı YENİ XƏBƏR

Bakının Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı yaxınlığında gecə klubu açılıb.

Musavat.com xəbər verir ki, sakinlər gecə klubunun açılmasına etiraz ediblər.

Ərazidə sakinlərlə klub rəhbərliyi arasında anlaşılmazlıq yaranıb, işə polis qarışıb.

DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələyə hüquqi qiymət veriləcək.

Məsələ ilə bağlı "ARB TV"yə açıqlama verən yerli sakinlər bildirib ki, gecə klubunun belə bir yerdə faəliyət göstərməsi həm şəhidlərin ruhuna, həm də ətrafda yaşayan şəxslərə qarşı hörmətsizlik idi. Gecə klubunun əməkdaşlarından biri isə deyib ki, obyekti bağlayıb şəhərin başqa yerinə köçəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR