İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhidin 9 yaşlı övladı Leyla Əliyevaya: "Sizin də atanız bir qəhrəmandır! İstəyirik ki, bu mahnını bir yerdə ifa edək!"

Leyla Əliyeva Novruz bayramını şəhid övladları ilə birgə qarşılayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu il də Novruz bayramını şəhid övladları ilə birlikdə keçirib.

Musavat.com xəbər verir ki, “Mənim Atam Qəhrəmandır” layihəsi çərçivəsində 200-ə yaxın şəhid övladı üçün Şahdağda üç günlük bayram şənliyi təşkil edilib. Bayram tədbirləri zamanı şəhid qızı, 9 yaşlı Aylin Hümbətli hər kəsi duyğulandıran bir çıxış edib. O, “Mənim atam qəhrəmandır” himnini Leyla Əliyevaya hədiyyə edərək, onu bu nəğməni şəhid övladları ilə birgə ifa etməyə dəvət edib:

“Əziz Leyla xanım, sizin atanız da bir qəhrəmandır! Bu nəğməni bizimlə birgə oxuyaraq qələbəni bizə yaşadan qəhrəman atalarımıza hədiyyə etməyinizi xahiş edirik.”

Leyla Əliyeva şəhid övladları ilə birgə nəğməni ifa edərək onların sevincinə sevinc qatıb. O, şəhid ailələrinə daim diqqət və qayğı göstəriləcəyini, onların heç zaman unudulmayacağını vurğulayıb.



Bayram çərçivəsində şəhid Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova və daha 15 şəhid övladı doğum günlərində xüsusi olaraq təbrik ediliblər. Daha sonra Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinə bayram hədiyyələri təqdim olunub.

Tədbirdə iştirak edən Fondun icraçı direktoru Anar Ələkbərov şəhid ailələrinə bir daha dəstəyini ifadə edərək vurğulayıb:

“BİZ ONLARI QORUMALIYIQ!”

"Şəhid övladları bu vətənin bizə əmanətidir. Onlar atasız qalmayıb, çünki onların ataları bu xalqın qəlbində əbədi yaşayır. Onların göz yaşını silmək, üzlərini güldürmək, gələcəyə inamla baxmalarını təmin etmək bizim borcumuzdur. Çünki bu gün azad yaşadığımız hər gün onların atasının bizə mirasıdır!” -, deyə Anar Ələkbərov çıxışında bildirib.

Bu sözlər bir daha göstərir ki, şəhid ailələri heç vaxt unudulmayacaq, onların qəhrəman atalarının ruhu daim əziz tutulacaq. Heydər Əliyev Fondu və dövlətimiz hər zaman şəhid övladlarının və ailələrinin yanında olacaq!

Əziz şəhid övladları bir daha sizin Novruz bayramınızı təbrik edirik! Biz hər zaman atalarınızın adından onların sevgisi ilə yanınızdayıq!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR