İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir: 30 il ərzində Almaniya Ermənistana 943 milyon avro dəstək verib

30 illik əməkdaşlıq ərzində Almaniya Ermənistana 943 milyon avro dəstək verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Almaniyanın Ermənistanda fövqəladə və səlahiyyətli səfiri Viktor Rixter söyləyib.

Alman səfir martın 2-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Almaniya İnkişaf Bankının (KfW) Ermənistanda ofislərinin qurulması haqqında sazişin imzalanması mərasimində iştirak edib.

Onun sözlərinə görə, təkcə 2022-ci ildə Almaniya enerji səmərəliliyini təmin etmək üçün Ermənistana 18 milyon avro verib.

Səfir bildirib ki, KfW Ermənistana enerji sisteminin, ekosistemin, su təchizatı sisteminin və digər sahələrin inkişafı üçün 25 il ərzində 1,2 milyard avro kredit vəsaiti ayırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR