İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfərbərlikdən qaçan bir rus qayıqla Estoniyaya üzdü və... görün nə oldu

Estoniya sərhədçiləri Rusiyada elan edilən səfərbərlik səbəbindən sərhədi qanunsuz keçən 38 yaşlı Rusiya Federasiyası vətəndaşını saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə ERR portalı məlumat yayıb.

Sərhədçilər onun lövhə-qayıqla gecə saat birdən sonra sərhədi qanunsuz keçdiyini müəyyənləşdirib və dərhal axtarışa başlayıblar.

Estoniyanın Sərhəd və miqrasiya nəzarəti xidmətinin rəhbəri Erik Purgelin sözlərinə görə, bu məqsədlə ərazi patrulla mühasirəyə alınıb. Səhər saat 4:30 radələrində həmin şəxs avtobus dayanacaqlarından birində saxlanıb və hüquqi prosedur üçün Narva sərhəd-keçid məntəqəsinə aparılıb. Burada o, inzibati icraat qaydasında cərimələnib və Rusiyaya geri göndərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR