Onlayn ictimai-siyasi qəzet
Qondarma Abxaziya Respublikasında bir qrup silahlı şəxs seçki məntəqəsinə hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə görüntülər telegram kanallarında yayılıb.
Qeyd edilib ki, hücum nəticəsində seçki qutuları və sənədlər zədələnib. Polis əməkdaşları, silahlıları saxlamağa cəhd edərkən iki nəfər yaralanıb.
Hücum edənlərdən biri qaçmağa cəhd edərkən idarəetməni itirib və avtomobili xəndəyə aşıb.
Gürcüstanın separatçı bölgəsinin Mərkəzi Seçki Komissiyasının sədri Dmitri Marşana vəziyyətin nəzarət altında olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
@@TVmusavat/109577@@
Toğrul İSMAYIL,
Musavat.com
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ