Onlayn ictimai-siyasi qəzet
Müğənni Şəbnəm Tovuzlu “Bəlkə dost qalaq?” adlı yeni mahnısına çəkilən klipini təqdim edib.
Musavat.com xəbər verir ki, yay ab-havalı klipdə sənətçi sevdiyi şəxs ilə münasibətlərindən danışır. Klipdə müğənni sevgi münasibətlərində yaşanan qərarsızlıq, itirilmiş duyğular və dost olaraq qalmaq diləməsindən bəhs edir. Ekran əsəri izləyiciləri həm romantik atmosferə, həm də yay ab-havasına aparır.
Mahnının sözləri sənətçinin prodüseri Şahanə Ayazqızına, musiqisi isə Ruslan Səfəroğluna aiddir.
Klipin rejissoru Xəyal Hüseyndir.
Musavat.com
14 Iyul 2025
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ