İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəs sənin vəfan bu imiş, Olya? – Ərini müharibəyə getmək üçün dilə tutan qadın...

Rusiya Federasiyasının Çelyabinsk vilayətində qadın 39 yaşlı ərini Ukraynada hərbi əməliyyatlarda iştirak etmək üçün müqavilə bağlamağa razı salaraq, onu böyük ödənişlərlə həvəsləndirib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, müqavilə bağlamazdan əvvəl onlar rəsmi olaraq nikah müqaviləsi imzalayıblar, kişi öz evini həyat yoldaşının adına keçirib.

Lakin onun döyüşə getməyə vaxtı olmayıb. Kişi Yekaterinburqdakı hərbi hissədə ayağını sındırıb. Xəsarətdən xəbər tutan qadın ərinin “sərxoşluq ucbatından” xəsarət aldığını deyərək ona kömək etməkdən imtina edib. Qadın qoltuq dəyənəkləri almaq və evə qayıtmaq üçün ərinə pul göndərməyib, ona evsizlər sığınacağına getməyi təklif edib.

Kişinin sadəlövhlüyü isə göz qabağındadır. Bir qadının ərini müharibəyə getməsi, labüd ölüm təhlükəsinə atılması üçün dilə tutursa, demək, uzaqgedən planlara malikdir. Ancaq sadəlövh ər bunu yalnız ayağını sındırdıqdan sonra anlayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR