Onlayn ictimai-siyasi qəzet
2023-cü ildə yəhudiləri təhqir edən polşalı millətçi Qjeqoj Braun ölkə prezidentliyinə namizəd olmaq qərarına gəldiyini açıqlayıb.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, Braun X sosial şəbəkəsində yazıb: “Allahın və insanın köməyi ilə builki seçkilərdə namizəd olacam”.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Braun parlament binasında Hanukka şamlarını yanğınsöndürən balonla söndürmüşdü. Eyni zamanda, o, bu şamları yandırmağın “şeytani” bir şey olduğunu bildirərək, yəhudilərin dini inancına həqarət etmişdi.
Polşada seçkilər 2025-ci ilin may ayının 18-də keçiriləcək. Artıq ölkə prezidenti postu uğrunda 10-dan çox adam mübarizə aparır. İndi ölkə başçısı Anjey Dudadır, o, ardıcıl iki dəfə prezident postunu tutduğu üçün yenidən namizədliyini irəli sürə bilməyəcək.
Musavat.com
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ