Onlayn ictimai-siyasi qəzet
The Telegraph xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransanın Prezidenti Emmanuel Makron Ukraynada münaqişənin dayandırılması ilə bağlı mümkün razılaşmadan sonra britaniyalı və fransız hərbçilərinin sülhməramlı qüvvələr kimi bu ölkəyə göndərilməsi ideyasını müzakirə edirlər.
Musavat.com bildirir ki, bu ideya Fransa Prezidenti Emmanuel Makron başının altından çıxıb və əvvəllər də yazdığımız kimi, o bunu Ukrayna Prezidenti Vladimir Zelenski və Polşanın Baş naziri Donald Tusk ilə də müzakirə edib.
Lakin bu məsələ ilə bağlı danışıqların detalları London və Parisin rəsmi nümayəndələri tərəfindən sirr saxlanılır. The Telegraph yazır ki, Böyük Britaniyanın hökumət mənbələri Starmerin bu təklifə hələ tam razılıq vermədiyini vurğulayıblar.
Müzakirələrdə problem Trampın əvvəllər xaricdə əsgərlərin yerləşdirilməsini tənqid etməsi və Ukraynaya maliyyə dəstəyinə qarşı çıxmasıdır. Bu, amerikalı hərbçilərin belə bir missiyada iştirak etməsini çətinləşdirir. Bu fikri Böyük Britaniyanın rəsmi nümayəndələri dəstəkləyir.
ABŞ-ın irəli sürdüyü ideyalardan biri qərb hərbçilərinin təmas xəttini qoruyaraq demilitarizasiya olunmuş buffer zona yaratmasıdır. Makronun təklifinə görə, Avropa müttəfiqləri bu rolu yerinə yetirmək üçün əraziyə göndərilə bilər. Britaniya rəsmiləri isə bu təklifin hələlik tam dəstəklənmədiyini bildiriblər.
Mənbə: The Telegraph
Musavat.com
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ