Onlayn ictimai-siyasi qəzet
Aktrisa Çimnaz Sulltanova ilə vida mərasimi ata evində keçirilir.
Musavat.com xəbər verir ki, mərasimə sənət dostlarından yalnız aktrisa Sonaxanım Əliyeva və müğənni Manaf Ağayev qatılıb.
Sonaxanım Əliyeva mediaya açıqlamasında Çimnazın xəstəliyindən xəbərsiz olduğunu deyib:
"İnanmaq olmur, elə bildim reklamdır. Ad günü idi, elə bildim diqqət çəkmək üçün edir. Mesaj yazdım. Çimnaz heç vaxt şikayətçi deyildi. Ölümdən qorxurdu. İnana bilmirəm".
“Çimnaz əməliyyat olmuşdu. Deyirdi, həkimlər başıma oyun açdı”.
Bu fikirləri isə müğənni Manaf Ağayev deyib. O, aktrisanın səhv əməliyyat olunması haqda iddialara cavab verib:
“Deyirdi, yaxşıyam. Xırda məsələ idi, amma həkimlər başıma oyun açdı. Çox danışmadıq bu haqda, qadındır mən ondan nə soruşum?”
Qeyd edək ki, Çimnaz bağırsaq xərçəngindən əziyyət çəkirmiş.
Musavat.com
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ