İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatih Terimə edilən zarafat gündəm oldu

Türk mütəxəssis Fatih Terimin çalışdırdığı "Əl-Şəbab" Səudiyyə Ərəbistanı çempionatının 15-ci turunda "Əl-Riyad"a qalib gəlib - 2:1.

Komanda 72-ci dəqiqəyədək 0:1 hesabı ilə geridə olsa da, sonda 3 xal qazanmağı bacarıb.

"Əl-Şəbab"ın qələbə qolunu 90+7-ci dəqiqədə Abderrazak Hamdallah vurub.

O, qolu qeyd edərkən Fatih Terimlə zarafatlaşıb. 25 yaşlı hücumçu mütəxəsssin üzünə su atıb. Terim isə bunu gülümsəyərək qarşılayıb.

Həmin anların görüntüləri Səudiyyə Ərəbistanında gündəm olub.|Yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR