İnsanlara hürriyət, millətlərə istiqlal!

Satqın prokuroru axtarışa vermək zamanı - Bakının bu qərarı...

Erməni lobbisindən maaş alan Okampo neçə gündür İrəvanda sülənir və “etnik təmizləmə”dən dəm vurur - hüquq müdafiəçisi və professordan etirazlar

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş korrupsioner prokuroru, Azərbaycan düşməni, erməni lobbisindən maaş alan Luis Moreno Okampo neçə gündür Ermənistanda sülənir. Azərbaycan dövlətinin, onun suverenliyi və ərazi bütövlüyünün əleyhinə fəaliyyətini davam etdirən, ölkəmizə “soyqırımı” ilə bağlı ağlasığmaz iftiralar yağdıran bu əbləh eyni zamanda erməni revanşistlərə qol-qanad verməklə sülh prosesini ləngitməkdədir.

Hələ ki baş nazir Nikol Paşinyan Okamponu qəbul etməyib. Sentyabrın 15-də isə o, ermənilərin katolikosu II Qareginlə görüşüb. Görüş zamanı o, guya Azərbaycan tərəfindən Ermənistanın işğal olunmuş ərazilərinin azad edilməsi, uydurma “artsax”da aparılan etnik təmizləmə məsələsinin gündəmə gətirilməsi və Azərbaycanda saxlanılan “erməni əsirlərin” azad edilməsi istiqamətində fəaliyyətə başladığını deyib. Bununla yanaşı, o, “sadalanan prinsiplərin həyata keçirilməsində dünya ermənilərin birliyinin vacibliyini” vurğulayıb.

Qeyd edək ki, Okampo ötən ay ölkəmizə qarşı növbəti təxribatçı çıxış edərək, erməniləri müxtəlif həştəqlər vasitəsilə Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirindən istifadə edərək, “girov”lar məsələsini gündəmə gətirməyə çağırmışdı. O, təkcə çağırış etmir, həm də real olaraq bəd əməllərlə, ölkəmizə qarşı revanşist qüvvələri qızışdırmaqla məşğuldur. Bəs Azərbaycan hüquq-mühafizə orqanları onun haqqında qiyabi cinayət təqibinə başlaya, onu beynəlxalq axtarışa verə bilərmi? Məsələn, hazırda Bakıda həbsdə olan Ruben Vardanyan kimi. Bəlkə ondan sonra bu zat özünü yığışdıra...

Çingiz Qənizadə: Xalq öz Prezidentinə inanır və güvənir - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Okampo barəsində axtarış verilməsi hüquqi cəhətdən mümkün deyil: “Çünki Azərbaycan ərazisində cinayət törətməyib. Onun bəyanatları öz ölkəsində və Ermənistanda səslənib. Bununla bağlı beynəlxalq təşkilatlara etiraz göndərmək olar, amma axtarışa vermək mümkün deyil”. Ç.Qənizadə əlavə etdi ki, keçmiş prokuror erməni lobbisinin təsiri altındadır və ona verilən pullar qarşılığında fəaliyyət göstərir: “Onun çıxışları çirkin təbliğat kampaniyasının bir hissəsidir. Azərbaycanda "erməni siyasi məhbus" yoxdur. Hazırda həbs edilən erməni caniləri Qarabağda dövlətə və xalqa qarşı cinayət işlədiblər. Onlar Azərbaycan Respublikasının konstitusion quruluşuna, suverenliyinə zidd gedərək Qarabağ ərazisində separatizm yaradıblar, ordu saxlayıblar, terrorla məşğul olublar. İndi onlara necə “siyasi məhbus” demək olar? Onun öz ölkəsində necə davranardılar? Ermənistan parlamentinin sədri Alen Simonyan isə bugünlərdə bildirmişdi ki, “erməni məhbuslar”ın qaytarılması məsələsi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsində yoxdur".

Hüquq müdafiəçisi bildirdi ki, dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da, İspaniyada, Okamponun vətəndaşı olduğu Argentinada separatçı regionlar var: “Bu ölkələrin hansı separatçı regiona müstəqillik verib? Azərbaycan niyə separatizmlə mübarizə aparmamalı idi? Əslində Qarabağ separatçılarına yardım adı altında Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsi idi. Sadəcə, işğalçı müharibəni "Qarabağ xalqının öz müqəddəratını təyinetməsi" adı ilə pərdələmişdi. Bu da alınmadı. İndi Okampo kimilər nə qədər hürsələr də, xeyri olmayacaq".

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

 Qabil Hüseynli

Professor Qabil Hüseynlinin sözlərinə görə, Okampo alçaq adamdır. Onun fikrincə, keçmiş prokuror erməni lobbisinə pullu xidmət göstərir: “Onun siyasi şərəfsizliyi göz qabağındadır. Hər dəfə Azərbaycana iftiralar atır. Onun böhtanları heç vaxt yapışmayacaq. Sadəcə, aldığı rüşvətin əvəzini ödəyir. Okampo vəzifəsindən it kimi qovulmuş və hörməti olmayan biridir. İndi ermənilərin bu dələduza, onun da erməni diasporunun puluna ehtiyacı var deyə belə səfərlər təşkil edilir. Diqqət edin, onunla görüşən II Qaregindir. Paşinyan Okamponu qəbul etmədi. Bu da münasibətin göstəricisidir”.

Q.Hüseynli hesab edir ki, Ermənistan hakimiyyəti İrəvanda separatçıların maşınlarını əllərindən alır, yığıncaqlarını dağıdır, onların ofisdən çıxarılmalarını tələb edir: “Simonyan demişdi ki, separatçıların fəaliyyətinə imkan verilməməlidir və "Dağlıq Qarabağ-Ermənistan komissiyası" da ləğv olunmalıdır. Əgər bu mövqe sərgilənirsə, Okampo ilə görüşməzlər. Paşinyan iqtidarı niyə də onunla danışıqlar aparmalıdır? Bu adam pul müqabilində İrəvana dəvəti qəbul edib və orada keçirdiyi görüşlərlə erməniləri sakitləşdirməyə çalışır. Özü də yaxşı bilir ki, bu mövzu gündəmdə qalmaqla həllini tapa bilməz".

Xatırladaq ki, Okampo bu yaxınlarda korrupsiya və zorla pul tələbetmə ittihamı ilə üzləşib. Bu vaxta qədər bədnam keçmişi olan Luis Moreno Okampo korrupsiya, hətta cinsi təqibdə də ittiham olunub. İndi onun erməni kampaniyasının önündə getməsi də təsadüfi deyil. Okamponun adı MDB məkanında qalmaqallı məhkəmələrdə də hallanıb. Məsələn, o, "Centros Commerciales Antei" şirkəti vasitəsilə çirkli pulların yuyulmasında ittiham olunan Vladislav Rezniki müdafiə edib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR