Onlayn ictimai-siyasi qəzet
"Titanik"dən sağ çıxanın məktubu hərracda 400 min dollara satılıb
Musavat.com report-a istinadən xəbər verir ki, "Titanik"də birinci dərəcəli səyahət edən polkovnik Arçibald Qreys məktubunda gəmi haqqında ilk təəssüratlarını bölüşüb. Məktub kartı 10 aprel 1912-ci il tarixlidir.
"Bu, gözəl gəmidir, lakin mən onun haqqında hökm çıxarmazdan əvvəl səyahətimin sonuna qədər gözləyəcəyəm", - yazıda deyilir.
Lot hərracda "Henry Aldridge and Son of Devizes" tərəfindən Viltşirdə gözlənilən qiymətdən beş dəfə baha satılıb. Auksionçulara görə, bu, "Titanik" gəmisinin göyərtəsində yazılmış məktub üçün əldə edilmiş ən yüksək qiymətdir.
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ