İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişeldən ŞOK Qarabağ açıqlaması

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib ki, Rusiya Qarabağ ətrafında sülh və təhlükəsizliyi təmin etməyib.

Musavat.com "Euronews"a istinadən xəbər verir ki, Mişel bunu erməni xalqına xəyanət adlandırıb.

Avropa İttifaqı Şurasının prezidenti hesab edir ki, Rusiya etnik ermənilərə xəyanət edib. O qeyd edib ki, hərbi əməliyyat zamanı Qarabağı öz nəzarətinə qaytaran Azərbaycanla münaqişədən belə bir dərs çıxarmaq lazımdır.

“Vəziyyət aydındır, Rusiyanın erməni əhalisinə xəyanət etdiyini heç kim görməyə bilməz. Rusiya öz əsgərlərinin orada olmasını və sabitlik və təhlükəsizliklə bağlı razılaşmalara zəmanət verməsini istəyib. Biz görürük ki, bu hərbi əməliyyat, bildiyiniz kimi, orada hərbi mövcudluğu olmayan Avropa İttifaqından fərqli olaraq, hadisə yerində olan Rusiyadan zərrə qədər reaksiya vermədən başlayıb”, - Mişel bildirib.

Uzun müddətdir tərəflər arasında sülhün əldə olunmasına çalışdığını nümayiş etdirən Ş.Mişel yuxarıdakı mövqeyi ilə təəccübləndirib. Əslində, o, Azərbaycanın mülki əhaliyə ziyan vurmadan keçirdiyi antiterror tədbirini və Qarabağda başlatdığı reinteqrasiya prosesini dəstəkləməli olduğu halda, Rusiyanı bu addımlara qarşı çıxmağa təhrik edən mövqe sərgiləyib. Ş.Mişel bu həftənin sonunda İspaniyanın Qranada şəhərində keçiriləcək Aİ Sammiti zamanı Ermənistan və Azərbaycan arasında vasitəçilik təklif etmək niyyətində olduğunu da bildirib. Amma bu mövqedən sonra onun moderatorluğundan nə gözləmək olar?

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR