İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişel Zelenski ilə görüşdü

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, görüş Kiyevdə baş tutub.

Zelenski görüşün təfərrüatları ilə bağlı teleqram hesabında məlumat verib:

“Əlaqələrimizin güclənməsi istiqamətində mühüm nəticələr əldə edilib. Biz daha böyük uğurlara nail olmaq üçün çalışırıq”.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

Aİ Şurasının Prezidentini Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası məsələləri üzrə Baş nazirin müavini Olqa Stefanişina qarşılayıb. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR